haberL haberR

Tehranın cümə xütbəsi: Bəhreyndə "fironlar"; İranda "yüksək maaş"; Türkiyə olayları; Fransaya mesaj

Kateqoriya: Region Yayımlama tarixi: 22.07.2016 17:54:36

Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub

İslamazeri.az “Mehr”-ə istinadən xəbər verir ki, ikinci xütbənin əvvəlində Bəhreyndə gedən proseslərə münasibət bildirən Ayətullah Xatəmi deyib: “Bəhreynə rəhbərlik edənlər Quranın təbiri ilə desək, fironsayağı həyat yaşayırlar. Müasir sözlə desək, insan haqlarına zidd olan bir cəmiyyət yaradıblar. Onlar özlərini "allah" hesab edirlər. Ölkə kralları ABŞ və İngiltərə sayağı idarəçiliklə, vətəndaşları ilə ən pis yolla rəftar edirlər. İnsan haqlarına əsasən, heç kimin vətəndaşlığı əlindən alına bilməz. Lakin bu rejim, 77 yaşlı bəhreynli alimə qarşı bu hərəkəti edirlər. Bu mənəvi edamdır.”

İran daxili...

Ölkədə yüksək maaş böhranına da toxunan imam cümə  “Bu hadisə xalqımıza ağır gəldi. Xalqımız, ölkə məmurlarının aristokrat yaşamını qəbul etmir. Bu məsələni siyasiləşdirib, həllini bir-birimizin üzərinə atmaq düzgün deyil. Bu hal hansı prezidentin zamanından aslı olmayaraq, məhkum edilir. Xalqımız bu barədə qəti addımlar atılmasının tərəfdarıdır. Bu hadisə xalqın güvənini sarsıb, bu güvən dərhal geri qaytarılmalıdır. Bu barədə atılan addımları xalqımıza bildirin ki, güvən yenidən geri qayıtsın.”, -deyə bildirib.

İranın nüvə məsələsi və ABŞ...

İranın 5+1 ölkələri ilə əldə etdiyi nüvə razılığına toxunan Ayətullah Xatəmi bildirib: “Ban Ki Munun bu barədə olan münasibəti ədalət və insafdan uzaq idi. Bu çıxışda, ABŞ-ın razılıq əleyhinə atdığı addımlar nəzərə alınmamışdı. Özləri ABŞ-ın verdiyi sözlərə əməl etmədiyini etiraf edirlər. Parlamentlərində nüvə razılığının əleyhinə olan 50-yə yaxın layihə qəbul ediblər. Bütün bunları heçə sayıb İranı raketlərini sınamaqda ittiham edirlər. Bu məsələnin BMT-yə heç bir əlaqəsi yoxdur. Sionist rejiminin təsirinə düşən, pul alaraq Ərəbistanı qara siyahıdan çıxaran baş katibdən bundan artıq bir şey gözləmək yersizdir. Biz verdiyimiz sözlərə əməl edirik. Onlar əməl etməsələr, xalqımız elə bir addım atacaq ki, əbədi olaraq peşman olacaqlar.”

Türkiyə olayları...

“Biz Türkiyədə baş verən çevriliş cəhdlərini qınayanlardan olduq, çünki insanların verdiyi səsə hörmətlə yanaşırıq. Elə bu səbəbdən Suriya xalqının da səsinə hörmətlə yanaşırıq. Türkiyə prezidenti Rusiya qırcısını vurduğu üçün üzr istədi. O, daha 2 üzr borcludur. Birinci növbədə İŞİD-in qətl etdiyi müsəlman, xristian və digərlərinə görə üzr istəsin.  Çünki onlar, bugünədək İŞİD-in oğurluq neftinin alıcısıdırlar. İkinci üzrü isə, Sionist rejimi ilə ikiüzlü olmasına görədir.”, -deyə imam cümə əlavə edib.

"İslam terroru" kəlməsi böyük qələtdir...

Dünyada baş verən bütün terror aktlarını qınadıqlarını deyən imam cümə “İstər bu hadisəni tərədən İŞİD olsun, istər Ərəbistan, istər Sionist rejimi, istərsə də Bəhreyn rejimi. Qərb İŞİD-i ölkəmizə qarşı icad etdi, lakin həmin canavarlar bu gün özlərinə hücum edirlər. Heç olmsa indi onları dəstəkləməkdən əl çəkin. Əmin olun ki, siz dəstəkləməsəniz onlar məhv olacaqdır. Sizə görə terrorçunun da yaxşı və pisi mövcuddur. Xalqımızın 17 min nəfərini öldürən münafiqlərə sığınacaq verir və terror siyahısına əlavə etmirsiniz. Fransa prezidentinin törətdiyi cinayətin önəmi terrorçulardan çox olmasa da, az da deyil. O “islam terroru” ifadəsindən istifadə edib, bir halda ki, Nits şəhərində hadisəni törədən şəxs nə namaz, nə də oruc əhli olub. Dünyada terror qurbanlarının 82%-ni müsəlmanlar təşkil edir. Əmin olun ki, bir gün Fransa xalqı yaxanızdan yapışacaq və sizi zillətə boyun əyməyə məcbur edəcək.”, -deyə bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.