haberL haberR

İmam cümə: Rəhbərimiz 10 ideal çıxış yolu təklif etdi

Kateqoriya: Region Yayımlama tarixi: 26.03.2016 10:19:33

Tehrnın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, Ayətullah Seyid Əhməd Xatəmi şəmsi ilinin ilk cümə namazında Ayətullah Xameneinin yeni ili “İqtisad müqaviməti-fəaliyyət və əməl” adlandırmasına toxunaraq deyib: “Rəhbərimiz bu şüarın yalnız bu ilə aid olmadığını vurğuladı. Ötən illərdə ümüdümüz ölkə xaricinə yönəlmişdi və nüvə razılığına gözlər tikilmişdi. Elə bu səbəbdən idi ki, iqtisad müqaviməti yerdə qalmışdı. Rəhbərimiz bu addımı atmaqla iqtisad müqavimətinin nəzəriyyədən əmələ keçməsini tələb etdi. Rəhbərimiz bu məfhumu izah edərək, ölkə iqtisadiyyatının dünyaya bağlı olmamasının zəruriliyini bildirdi. Yalnış anlaşılma baş verməsin deyə, rəhbərimiz 10 ideal çıxış yolu təklif etdi.”

Ayətullah Xatəmi İranda bəzilərinin təfəkkür tərzinə diqqət çəkərək  “Bəziləri deyir “ABŞ-a ölüm olsun” şüarlarını yığışdırın, ya təslim olun ya da problemlərlə üzləşin. Biz isə deyirik, nə təslim olacağıq, nə də problemlərlə üzləşəcəyik. Bəziləri “Sionist rejimi ilə nə vaxtacan mübarizə aparacaqsınız” deyir və açıq olaraq “İsrailə ölüm olsun” şüarının dayandırılmasını tələb edirlər. Lakin biz deyirik ki, Quranın danışdığı yəhudilərin bariz nümunəsi Sionist rejimidir. Düzdür ki, Fələstin məsələsindən 70 il ötməkdədir, lakin zaman oğurluğun üstünü örtürmü? Allahın yardımı ilə Sionist rejimi növbəti 25 ili görməyəcəklər", - deyə danışıb.

İmam cümə Qərblə razılaşmalara can atanları da üstüörtülü tənqid edib. O deyib: "Bəzilərinin bütün ümüdləri Qərbədir. Onların fikrincə razılıqlar baş versə ölkə gülüstana çevriləcək. Görün ABŞ prezidentliyinə namizədlər xalqımıza qarşı hansı addımları atırlar. Hətta onlardan bəziləri prezident seçilərsə İranla olan razılığı pozacaqlarını söyləyib.  Biz elə bu tribunadan müzakirə heyətimizə təşəkkürümüzü bildirdik və onları inqilabın övladları adlandırdıq. Lakin yenə deyirik: ABŞ-a ümüd bəsləmək olmaz!”

İrana qarşı tətbiq olunacaq yeni sanksiyalara toxunan imam cümə “Bu məsələlər xalqımız üçün adi məsələdir və ABŞ dövləti xalqımızın gözündə əhdlərini pozan bir dövlət kimi tanınır. Onların son addımları düzgün yolun müqavimətdən keçdiyini sübut etdi.”, - deyə bildirib.

Sonda Brüsseldə baş verən partlayışa toxunan Ayətullah Xatəmi Qərb ölkələrinin ikili davranışlarına görə tənqid edib.

İmam cümə terrorçuların fərqinin olmadığını qeyd edərək deyib: “Bizim Qərbə bu barədə olan sözümüz budur: Sizin düşüncənizə əsasən terorçuların pisi də var yaxşısı da. Suriya və İraqda adam öldürən terorçular yaxşı, Fransa və Belçikada partlayış törədən terorçular isə pisdirlər. Qərbin bu baxışı terrorçuların addımlarından daha pisdir”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.