Tehranın imam cüməsi: "Bəni Abbas xəlifəliyi və İngiltərənin şiəçiliyi də elə bu deməkdir"

İslamazeri.az-ın "Farsnews"-a istinadən verdiyi xəbərə görə, Tehranın bu həftəki cümə xətibi Ayətullah Muhəmməd İmami Kaşani olub.
O, çıxışı zamanı İranın nüvə müzakirələrinə toxunaraq deyib: "Müqaviləyə son baxacaq qurum milli təhlükəsizliyin ali şurasıdır və Allahın izni ilə ölkə üçün xeyirli olan nəticə əldə olunacaqdır. Həmçinin müzakirə heyətinə də məntiq, soyuq qanlılıq və şücaətlə işi rəhbərimizin istədiyi kimi qabağa apardıqları üçün təşəkkürümü bildirirəm. ABŞ-ın müzakirələrdən sonra yenidən İranı atom silahını düzəltməklə ittiham etməsi və terorizmə dəstək verməsini bildirməsi onların hələ də düşmənçiliklərindən əlçəkmədiyinin göstəricisidir. Səud və İsrail rejimi digər tərəfdən də İŞİD 3 xəbis bucaqdırlar ki, ABŞ və Qərb də onları dəstəkləyir. Lakin bütün bunlara baxmayaraq yenə də ABŞ ölkəmizi terrora dəstək verməkdə ittiham edir bir haldaki onlar özləri teroristləri yetişdirirlər. Allahın Quranda buyurduğuna görə sionistlər zatən xəbisdirlər və insanlıqla əlaqələri yoxdur. Müsəlmanlar rahat yaşamaq istəyirsə sionist yəhudiləri ərəb yarımadasından çıxarmalıdırlar. ABŞ və qərb rəhbərləri bilməlidirlər ki, əgər siz bütün bu işlər sionist rejimini razı salmaq üçün edirsinizsə, bilin ki, onlar yer üzündə olan bütün millətlərin aradan getdiyi günə qədər razı olmayacaqlar. Onlar əllərini dirsəyə qədər milyardlarla insanın qanına bulaşdırmaq istəyirlər. İnşallah ki, qəbul olunan razılıq müsbət olacaqdır. Lakin rəhbərimizin iqtisad müqaviməti barədə dediklərini daha ox diqqətə almalı və bu ağacı daha çox suvarmalıyıq ki, ölkəmiz inkişaf yolunda addımlaya bilsin. Bu layihə ilə düşmənin blokadalarla ölkəmizi çökdürmək planlarına cavab vermiş olacağıq. Cəmiyyətin din və dünyasının varlığı bir neçə şeyə bağlıdır. Elmi lazımı yerdə xərcləmək və ölkənin sərvətinin milli istehsalı dəstəkləməsi ilə."
O ümmətin vəhdətinə də işarə edərək bildirib: "Bəzi cahil insanlar islam ümmətinin vəhdətini pozur və ixtilaf yaradırlar. Bu şəxslərin özlərinə görə saytları var və sözlərini yayırlar. Bunu bilməliyik ki, bu günün Bəni Abbas xəlifəliyi ABŞ və İngiltərədir və İngiltərənin şiəçiliyinin anlamı da elə bu deməkdir."
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.