haberL haberR
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti - 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb

Təhsil Nazirliyinin mətbuat xidmətindən islamazeri.az-a verilən məlumata görə, Telefon Məlumat Mərkəzinə 5 min 649 zəng və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub.

Vətəndaşların Qəbulu Mərkəzində isə 4136 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 568 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydadaTəhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 1215 sənəd (375 ərizə, 815 məktub, 25 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (1394 zəng) və çərşənbə axşamı (1133 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub.

Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (970 müraciət) və çərşənbə axşamı (910 müraciət) günləri, əsasən, saat 11:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək müraciət edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.