haberL haberR

Təhsil Nazirliyi yanan bina ilə bağlı qərar qəbul etdi

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 22.05.2015 13:13:13

Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanındakı yanğın baş vermiş çoxmərtəbəli binada yaşayan ümumi təhsil müəssisələri şagirdlərinin siyahısı Binəqədi Rayon İcra Hakimiyyətində təşkil edilmiş qərargaha təqdim olunub

Təhsil Nazirliyindən islamazeri.az-a verilən xəbərə görə, bu siyahıda adı olan şagirdlər ailələri ilə birgə müvəqqəti məskunlaşdıqları ünvana yaxın məktəblərdə təhsillərini davam etdirəcəklər. Qərargahda Təhsil Nazirliyini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov təmsil edir.

Həmçinin, vətəndaşlar yanğın hadisəsi zamanı sıradan çıxmış təhsil sənədlərini yenidən almaq üçün yaxınlıqda səyyar fəaliyyət göstərən ASAN Xidmətə, yaradılmış qərərgaha və ya birbaşa Təhsil Nazirliyinə müraciət edə bilərlər.

Əlavə məlumat almaq istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng edə bilərlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.