haberL haberR

Təhsil Nazirliyi yeni proqrama start verdi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 21.04.2015 12:39:37

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi (RETTM) yeni təhsil proqramına start verir

Nazirlikdən islamazeri.az-a verilən məlumata görə, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının muzey və təhsil proqramları layihəsi çərçivəsində realaşdırılacaq yeni proqram 18 may-Beynəlxalq Muzey Gününə həsr olunur.

Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Respublika Turizm və Diyarşünaslıq Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçiriləcək “Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya” proqramının məqsədi məktəblilərin Bakı şəhərində fəaliyyət göstərən muzeylərin tarixi, etnoqrafik-mədəni ekspozisiyası barədə maarifləndirilməsidir.
Layihə üzrə mövzuya aid eksponatlar, artefaktlar, yaradıcılıq işləri haqqında məlumat toplayaraq xüsusi interaktiv metodiki – maarifləndirici marşrutlar müəyyən ediləcək və muzey proqramları təşkil olunacaq.

Eyni zamanda məktəblilər ölkənin aparıcı muzeylərinin kolleksiya fondunun ekoloji və etnoqrafik aspektləri ilə tanış olacaqlar. Həmçinin, şagirdlərə insan, ətraf mühit və cəmiyyətin davamlı inkişaf konsepsiyası barədə məlumat veriləcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.