haberL haberR

Təhsil Nazirliyində sektor müdiri işdən çıxarılıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 25.08.2015 12:32:14

Nəzakət Hacıyevanın vəzifəsindən kənarlaşdırılmasına səbəb, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, diploma layiq olmayan şəxslərin diplomlarının “tanınması”na şərait yaratması olub

Təhsil Nazirliyinin diplomların tanınması (nostrifikasiyası) sektorunun müdiri Nəzakət Hacıyeva işdən çıxarılıb.

Bu barədə  Təhsil Nazirliyindəki mənbələrdən məlumat verilib. Bəzi həmkarları onun könüllü olaraq işdən çıxdığını desələr də, məsələnin kökündə başqa məqamların olduğu qeyd edilir.Belə ki, Nəzakət Hacıyevanın vəzifəsindən kənarlaşdırılmasına səbəb, dəfələrlə xəbərdarlıq olunmasına  baxmayaraq, onun qeyri-qanuni əməllərini davam etdirməsi, diploma layiq olmayan şəxslərin diplomlarının “tanınması”na şərait yaratması olub. 

Mənbə onu da bildirir ki, nazirlikdə Nəzakət Hacıyevanın işində aşkarlanan pozuntularla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi məsələsi də müzakirə olunub. Lakin onun zərif cinsin nümayəndəsi olduğunu nəzərə alan nazir xanım Hacıyevanı yalnız işdən çıxarmaqla kifayətlənib.Qeyd edək ki, valideynlər müxtəlif media qurumları vasitəsilə Nazirliyin nostrifikasiya sektorunda hökm sürən özbaşınalıqdan, diplomların tanınması üçün rüşvət tələb olunmasından, bütün bu işlərə isə Nəzakət Hacıyevanın rəvac verməsindən şikayətlər edirdilər.Bu xanımın vəzifəsindən çıxarılması ilə Təhsil Nazirliyində ən çox tənqidə məruz qalan sahənin düzələcəyini güman etmək olar. (modern)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.