haberL haberR

Təhsil Nazirliyinin elektron resurslarının təqdimatı keçirilib

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 15.12.2014 16:06:31

Bu gün Təhsil Nazirliyinin elektron resurslarının təqdimatı keçirilib.

İslamazeri.az xəbər verir ki, təqdimat mərasimində təhsil naziri Mikayıl Cabbarov, Milli Məclisin üzvləri, müvafiq dövlət qurumlarının rəsmiləri, elektron təhsil resursları ilə məşğul olan ekspertlər, məktəb direktorları və fənn müəllimləri iştirak ediblər.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov çıxış edərək Təhsil Nazirliyinin "Elektron hökumət" istiqamətində aparılan işləri diqqət mərkəzində saxladığını bildirib.

Mərasimdə  www.e-resurs.edu.az www.e-derslik.edu.az  www.e test.edu.az www.video.edu.azwww.e-telim.edu.az www.e-sinif.edu.az portalları baradə məlumat verilib.

Tədbirdə bildirilib ki, Təhsil Nazirliyinin qarşısında duran prioritet məsələ təhsilin keyfiyyətinin yüksəldilməsi, modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır. Müasir texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların təhsildə uğurlu tətbiqi Təhsil Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi işlərin bir hissəsidir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.