Təhsil Nazirliyinin qarşısında etiraz aksiyasi keçirilir - FOTO

Bu gün müəllimlərin işə qəbul imtahanından yüksək bal toplayıb işlə təmin olunmayan müəllimlər Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Bizimyol.info xəbər verir ki, etirazçılar bildirir ki, onlar imtahandan yüksək bal toplayıblar, amma müsabiqədə onlara müxtəlif maneələr yaradılıb. Hicablı qadınlar isə müsabiqədə birmənalı olaraq keçirilməyiblər.
Aksiyada iştirak edən müəllimlərin sözlərinə görə, Bakıda və mərkəzi rayonlarında yerləşən təhsil müəssisələrində vakant yerlərin sayı çox az göstərilir. Bəzi bölgələrdə isə vakant yerlər direktorlar tərəfindən satılır.
Qeyd edək ki, aksiyada iştirak edən müəllimlər dəfələrlə Bizimyol.info-ya müraciət edərək yüksək bal toplamalarına baxmayaraq vakansiya verilməməsindən, vakant yerlərin satılmasından şikayət ediblər. Onlar dəfələrlə Təhsil Nazirliyinə şikayət etsələr də şikayətlərinə baxılmadığını iddia edirlər.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.