haberL haberR
Bakıda təkər oğrusu tutuldu

İslamazeri.az-ın Daxili İşlər Nazirliyinin saytına istiandla verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də Rusif Tağıyevə məxsus “Mercedes” markalı avtomobilin təkərlərini oğurlamış Bakı şəhər sakini Nemət Məmmədov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 12-də Tələt Quliyevə məxsus təkər təmiri sexindən 6 ədəd disklə birlikdə avtomobil təkəri və mobil telefon oğurlaması da müəyyən edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.