Tələbə olmaq istəyənlərin nəzərinə
Kateqoriya: Elm-təhsil
Yayımlama tarixi: 04.07.2015 12:32:12

TQDK-dan islamazeri.az-a verilən məlumata görə, 9 illik bazada kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər rin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq.
11 illik bazada kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq.
V qrup üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanı üzrə şərtlər və digər vacib məlumatlar 2 saylı "Abituriyent" jurnalında dərc olunub.
Müsabiqə şərtlərini ödəyən abituriyentlərin nəzərinə çatdırılır ki, kimin hansı ixtisasa qəbul olub-olmaması barədə öncədən proqnoz verilə bilməz. Çünki hər şey müsabiqə vəziyyətindən asılıdır.
Xatırladaq ki, adıçəkilən istiqamətlər üzrə qəbul imtahanı 2 iyul tarixində keçirilib. Ötən gün isə imtahanların nəticələri elan olunub. İmtahan nəticələri ilə TQDK-nın internet saytında (www.tqdk.gov.az) və ya iş nömrənizi ( buraxılış imtahanı vermiş şəxslər isə şagird kodunu) 7727 nömrəsinə göndərməklə tanış ola bilərsiniz.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.