haberL haberR

Tələbə qız selfi etmək istədi, lakin...

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.06.2016 15:21:55

Hindistanın Karnataka ştatında dəniz fənərində selfi etmək istəyən tələbə qız dünyasını dəyişib

İslamazeri.az-ın "Hindustan Time"-a istinadən verdiyi xəbərə görə, hadisə turistlər arasında məşhur olan Qokarna şəhərində baş verib. Racastandan olan tələbə qız  öz rəfiqələri iə Qokarna şəhərində istirahət edib. Qızlar çimərlikdə gəzən zaman, dəniz fənərinə qalxaraq selfi çəkmək istəyiblər. Mexta adlı qız selfi etmək istəyərkən büdrəyərək 90 metrlik hündürlükdən yıxılıb.

Bu Hindistanda ilk analoji hadisə deyil. KİV-lərin məlumatına əsasən, ölkə selfi etmək istəyənlər arasında qurban sayına görə 1-ci yerdədir. Belə ki, “Washington Post” qazetinin məlumatına görə, 2015-ci ildə selfi edərkən dünyasını dəyişən 27 nəfərin demək olar ki, yarısı Hindistanın payına düşür.

Hindistan hakimiyyəti vətəndaşların təhlükəsizliyini təmin edə bilmək üçün tədbirlər görür. Belə ki, Mumbayda 16 məntəqədə selfi etmək qadağandır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.