haberL haberR

Tələbələr təhsil haqqını verə bilmirlər

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 18.03.2016 14:19:07

İkinci devalvasiyadan sonra təhsil haqqını ödəyə bilmədiklərinə görə təhsilini yarımçıq qoyanlar da var.

Son vaxtlar ali təhsil müəssisələrində ödənişli fakültədə təhsil alan tələbələr təhsil haqlarının ödənilməsi ilə bağlı çətinliklərlə üzləşirlər.

Tələbələrin anspress-ə verdiyi məlumata görə, əvvəllər universitet rəhbərliyi  təhsil haqlarını hissə-hissə ödəməyə şərait yaradırdısa, bu gün bir çoxları tələbələrdən təhsil haqqını tam verməyi tələb edir.

Ölkədə dolların bahalaşması ilə  əlaqədar övladları ödənişli əsaslarla təhsil alan ailələr  çətin vəziyyətə düşüblər.  Hətta  ikinci devalvasiyadan sonra təhsil haqqını ödəyə bilmədiklərinə görə  təhsilini yarımçıq qoyanlar da var. 

"Ödənişli fakültənin tələbələri təhsil haqlarını universitetlərin şərtləri əsasında ödəməlidirlər"

Bəs, görəsən, Azərbaycanda ali təhsil müəssisələrində ödənişin həyata keçirilməsi prosesinə nəzarət necə həyata keçirilir?

Tibb Universitetində oxuyan tələbələrdən biri deyir ki, hər il pulu hissə-hissə ödəsək də bu smestr tam ödəniş tələb olunur. “Mən 3-cü kursda oxuyuram. Hər il ödənişi yarı-yarı verirdik, amma indi deyirlər, pulun hamısını gətir, yoxsa dərsə buraxmayacağıq”, - deyə tələbə bildirdi.

Tibb Universitetindən aldığımız məlumata görə, universitetin müqaviləsində ödənişlə bağlı hissədə qeyd olunub ki, tələbələr noyabrın 15-nə kimi tam təhsil haqqını ödəməlidirlər: “Amma biz həmişə tələbələrə güzəştə gedərək onlara imkan yaratmışıq ki, pulun bir hissəsini birinci smestr, qalanını ikinci smestr ödəsinlər. Amma ötən smestr ümumiyyətlə pul verməyən tələbələrə demişik ki, ödənişi tam ödəsinlər. Bizim də maliyyə bazamız azalıb, müəllimlərin maaşını verə bilmirik. Ona görə hamıya tapşırılıb ki, təhsil haqları gətirilsin”, - deyə universitetdən açıqlama verdilər.

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Şəfaqət Kazımova isə bildirdi ki, bu təhsil müəssisəsində birinci kurs istisna olmaqla digər kursların tələbələri ödəniş haqlarını hissə-hissə ödəyə bilərlər. “Adətən, birinci smestr tələbələr məbləğin bir hissəsini hissə-hissə, qalanını da ikinci smestr yenə hissə-hissə ödəyirlər. Bu, onlar üçün yük olmur. Hətta bəzən tələbə olur ki, imtahanadək təhsil haqqının heç yarısını da ödəmir, biz ona da güzəştə gedirik. Bizim universitetdə bu proses həmişə belə olub və belə də qalacaq”, - deyə qurumdan bildirdilər.

Bakı Dövlət Universitetində rektorun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanovun sözlərinə görə, universitetdə ödənişli fakültədə oxuyan tələbələr tədris ilinin əvvəli (sentyabr) deyil, maliyyə ilinin əvvəli (yanvar) ödənişi 100% həyata keçirməlidirlər. “İnandırım sizi ki, 85-90% tələbələr ödənişi tam olaraq ödəyir, 10-15% tələbənin imkanı olmur, onlar da pulu rəhbərliyin göstərişi ilə hissə-hissə ödəyə bilirlər. Mən 17 ildir burada çalışıram. Bu sahədə hələ ki, heç bir problemlə üzləşməmişəm”, - deyə müşavir qeyd etdi.

Hüquqşünas Tahir Əlirzayev deyir ki, hər kəs universitetə daxil olarkən bilir ki, oraya müəyyən məbləğ ödəyəcək və bununla bağlı müqaviləyə də qol çəkilir: “Adətən bu müqavilədə təhsil haqqının hansı tərzdə ödəniləcəyi göstərilmir. Sadəcə məbləğin ödəniləcəyi qeyd olunur. Amma hansısa universitet tələbəyə hissə-hissə ödəmək imkanı verirsə, bu, yaxşıdır. Vermirsə, yenə haqlıdır. Hətta məbləği ödəməyən tələbə xitam verilib onu universitetdən kənarlaşdırıla da bilər. Amma tələbənin həmin vaxt üçün məbləği ödəmək imkanı yoxdursa, o zaman rəhbərliklə öz aralarında bir razılığa gələ bilərlər”, - deyə ekspert vurğuladı.

Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyir ki, ali məktəblər çalışmalıdırlar ki, yaranmış mövcud vəziyyətdə mümkün olduqca tələbələrin mənafelərini qorusunlar. “Mən də təhsil haqqının hissə-hissə ödənilməsinin tərəfdarıyam. Amma nə bizim, nə də Təhsil Nazirliyinin ixtiyarımız yoxdur ki, universitetləri buna məcbur edək. Biz sadəcə tövsiyə verə bilərik. Bir də ki, tələbə ödənişli fakültəni  özü seçir, ona görə təhsil haqqını da verməlidir”, - deyə deputat bildirdi.

Millət vəkili Gövhər Baxşəliyeva isə hesab edir ki, hər mövcud  problemi qanuniləşdirmək olmaz. “Universitetlər sərbəst şəkildə təhsil haqqını yığa bilərlər. Amma əgər tələbənin qoyulan vaxtda pul ödəmək imkanı yoxdursa, bu zaman o, yaxşı olar ki, universietlə danışsın, bir razılığa gəlsin. Universitetlər də güzəştə getməlidirlər”, - deyə millət vəkili əlavə etdi. 

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirdilər ki, təhsil haqqının ödənilməsi qaydası və üsulları ali təhsil müəssisəsi ilə tələbə arasında bağlanmış müqavilə ilə tənzimlənir. Təhsil haqqının ödənilməsi ilə bağlı müstəsna hallara icazə verilməsi ali təhsil müəssisələrinin səlahiyyətindədir.

Qurumdan həmçinin bildirdilər ki, milli valyutanın devalvasiyasından sonra tələbələrin rifahının yaxşılaşdırılması məqsədilə Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin rəhbər nümayəndələri nazirliyə dəvət edilib və onlara tələbələrin təhsil haqlarının hissə-hissə ödənilməsinə şərait yaradılması və imtahan sessiyasında təhsil haqlarını ödəməyən tələbələrə müəyyən güzəştlərin edilməsi (imtahanlara buraxılmağa icazə verilməsi) tövsiyə edilib.

Ödənişli əsaslarla təhsil almaq təcrübəsi bütün dünyada mövcuddur. Amma bəzi ölkələr var ki, orada ali məktəblər tamamilə pulsuzdur və ya təhsil haqları ölkəmizlə müqayisədə çox aşağıdır. Məsələn, qonşu Türkiyə ödənişsiz təhsil sisteminə keçid barədə qərar qəbul edib. Həmin qərara əsasən, dövlət ali təhsil müəssisələrində təhsil almaq istəyənlərdən ödəniş alınmayacaq. Yalnız ikinci ali təhsil almaq istəyənlər buna görə pul ödəməli olacaq.

Azərbaycan kimi əsas gəlir mənbəyi neft olan ölkələrin hamısında təhsil pulsuzdur. Üstəlik, ali məktəblərdə təhsil alanların hamısı kifayət qədər yüksək təqaüd alır. Bunu aşağıdakı qrafikdən də aydın görə bilərsiniz:

Hazırda Azərbaycanın ali təhsil müəssisələrində isə ən aşağı təhsil haqqı 900, ən yuxarı təhsil haqqı isə 4500 manatdır. Ölkədə dolların devalvasiyasından sonra isə aylıq gəliri aşağı düşən ailə təhsil haqqını ödəməkdə çətinlik çəkir. Ona görə də ali təhsil müəssisələri   insanların maddi durmunu nəzərə alaraq onlara müəyyən müddətə güzəştə getməlidirlər. Buna əməl etməyən təhsil müəssisələrinə qarşı isə Təhsil Nazirliyi tərəfindən tövsiyə xarakterli deyil, daha ciddi addımlar atmalıdır.

İslaminsesi bildirir ki, son vaxtlar ali təhsil müəssisələrində ödənişli fakültədə təhsil alan tələbələr təhsil haqlarının ödənilməsi ilə bağlı çətinliklərlə üzləşirlər.

Tahir Əlirzayev - hüquqşünas

Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyir ki, ali məktəblər çalışmalıdırlar ki, yaranmış mövcud vəziyyətdə mümkün olduqca tələbələrin mənafelərini qorusunlar. “Mən də təhsil haqqının hissə-hissə ödənilməsinin tərəfdarıyam. Amma nə bizim, nə də Təhsil Nazirliyinin ixtiyarımız yoxdur ki, universitetləri buna məcbur edək. Biz sadəcə tövsiyə verə bilərik. Bir də ki, tələbə ödənişli fakültəni  özü seçir, ona görə təhsil haqqını da verməlidir”, - deyə deputat bildirdi.

Millət vəkili Gövhər Baxşəliyeva isə hesab edir ki, hər mövcud  problemi qanuniləşdirmək olmaz. “Universitetlər sərbəst şəkildə təhsil haqqını yığa bilərlər. Amma əgər tələbənin qoyulan vaxtda pul ödəmək imkanı yoxdursa, bu zaman o, yaxşı olar ki, universietlə danışsın, bir razılığa gəlsin. Universitetlər də güzəştə getməlidirlər”, - deyə millət vəkili əlavə etdi.

Gövhər Baxşəliyeva - millət vəkili

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirdilər ki, təhsil haqqının ödənilməsi qaydası və üsulları ali təhsil müəssisəsi ilə tələbə arasında bağlanmış müqavilə ilə tənzimlənir. Təhsil haqqının ödənilməsi ilə bağlı müstəsna hallara icazə verilməsi ali təhsil müəssisələrinin səlahiyyətindədir.

Qurumdan həmçinin bildirdilər ki, milli valyutanın devalvasiyasından sonra tələbələrin rifahının yaxşılaşdırılması məqsədilə Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin rəhbər nümayəndələri nazirliyə dəvət edilib və onlara tələbələrin təhsil haqlarının hissə-hissə ödənilməsinə şərait yaradılması və imtahan sessiyasında təhsil haqlarını ödəməyən tələbələrə müəyyən güzəştlərin edilməsi (imtahanlara buraxılmağa icazə verilməsi) tövsiyə edilib.

Ödənişli əsaslarla təhsil almaq təcrübəsi bütün dünyada mövcuddur. Amma bəzi ölkələr var ki, orada ali məktəblər tamamilə pulsuzdur və ya təhsil haqları ölkəmizlə müqayisədə çox aşağıdır. Məsələn, qonşu Türkiyə ödənişsiz təhsil sisteminə keçid barədə qərar qəbul edib. Həmin qərara əsasən, dövlət ali təhsil müəssisələrində təhsil almaq istəyənlərdən ödəniş alınmayacaq. Yalnız ikinci ali təhsil almaq istəyənlər buna görə pul ödəməli olacaq.

Azərbaycan kimi əsas gəlir mənbəyi neft olan ölkələrin hamısında təhsil pulsuzdur. Üstəlik, ali məktəblərdə təhsil alanların hamısı kifayət qədər yüksək təqaüd alır. Bunu aşağıdakı qrafikdən də aydın görə bilərsiniz:

Xarici ölkələrdə tələbələrə verilən təqaüdlər

Xarici ölkələrdə tələbələrə verilən təqaüdlər

Hazırda Azərbaycanın ali təhsil müəssisələrində isə ən aşağı təhsil haqqı 900, ən yuxarı təhsil haqqı isə 4500 manatdır. Ölkədə dolların devalvasiyasından sonra isə aylıq gəliri aşağı düşən ailə təhsil haqqını ödəməkdə çətinlik çəkir. Ona görə də ali təhsil müəssisələri   insanların maddi durmunu nəzərə alaraq onlara müəyyən müddətə güzəştə getməlidirlər. Buna əməl etməyən təhsil müəssisələrinə qarşı isə Təhsil Nazirliyi tərəfindən tövsiyə xarakterli deyil, daha ciddi addımlar atmalıdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.