haberL haberR

Terror aktları nəticəsində Belçikaya böyük ziyan dəyib (İnfoqrafika)

Kateqoriya: Dünya Yayımlama tarixi: 27.07.2016 10:16:36

Belçikada terror aktlarından ölkəyə dəymiş iqtisadi ziyanın miqdarı hesablanıb

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Belçika Krallığının İqtisadiyyat Nazirliyi xəbər verir ki,  mart ayının 22-də Brüsseldə baş vermiş terror aktı nəticəsində Belçika iqtisadiyyati ilk kvartalda təxminən 935,2 milyon avro və ya ümum daxili məhsulun təxminən 0,1 faizi qədər ziyan dəyib.

Nazirliyin məlumatına əsasən, təkcə Brüssel paytaxt regionunda göstərilmiş dövr ərzində şirkətlərin gəliri 122,5 milyon avro azalıb. Ən çox mehmanxana, restoran və turistik biznes, həmçinin kütləvi əyləncə tədbirlər sahəsi də ziyan görüb.

Xatırladaq ki, mart ayının 22-i Brüssel beynəlxalq hava limanında 2 partlayış baş verib. 3-cü partlayış ilə az zaman sonra “Malbek” metro stansiyasında vaqonda baş verib. Terror aktları nəticəsində 32 nəfər həyatını itirib, 300-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hücumların məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürmüşdü.
 
İnfoqrafika
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.