haberL haberR

Terror şübhəliləri barədə həbs qərarı verildi

Kateqoriya: Region Yayımlama tarixi: 22.02.2016 11:04:32

Digər 7 şübhəli isə məhkəmədən azadlığa buraxılıb.

Ötən həftə Türkiyənin paytaxtı Ankarada 28 nəfərin ölümü ilə nəticələnən terror hadisəsindən sonra saxlanılan şübhəlilər barədə məhkəmə qərarını açıqlayıb. ANS PRESS-in məlumatına görə, 21 fevral bazar günü növbətçi “Sülh-Cəza” məhkəməsinə göndərilən şübhəlilərdən 14 nəfəri barədə həbs qərarı verilib. Daha 7 şübhəli isə məhkəmədən azadlığa buraxılıb.

Şübhəlilərin, “silahlı terror təşkilatına yardım etmək”, “rəsmi sənəddə saxtakarlıq”, “inzibati qurumlardan istifadə edərək dələduzluq etmək” cinayətinə görə həbs olunduqları qeyd edilib.  

Fevralın 17-də axşam radələrində Türkiyənin paytaxtı Ankarada 28 nəfərin ölümü, 61 nəfərin xəsarət alması ilə nəticələnən terror hadisəsi baş vermişdi. Hadisədən sonra 10 vilayətdə eyni zamanda keçirilən əməliyyatlarda 21 nəfər polis tərəfindən saxlanılmışdı. 

Bundan əvvəl isə müxtəlif vaxtlarda İstanbulun “Sultan Əhməd” meydanında, Ankarada qatar stansiyasının yaxınlığında vəŞanlıurfanın Suruc rayonunda çox sayda günahsız insanın ölümü ilə nəticələnən terror hadisələri baş vermişdi. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.