haberL haberR

Terrorçular Dəranı atəşə tutdu: Ölən və yaralananlar var

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 09.08.2016 15:56:52

2 dinc sakin həyatını itirib, 5-i isə yaralanıb.

İslamazeri.az-ın SANA-ya istinadən verdiyi xəbərə əsasən, Suriyanın Dəra şəhərinin əs-Səbil və əl-Mətar yaşayış kvartallarının terrorçular tərəfindən atəşə tutulması nəticəsində 2 dinc sakin həyatını itirib, 5 nəfər isə yaralanıb.

Dəra Polis İdarəsindəki mənbənin sözlərinə görə, terror qruplaşmaları onlarla raketlə şəhərin yaşayış kvartallarını atəşə tutublar. Atəş nəticəsində 2 nəfər dünyasını dəyişib, 5 nəfər isə xəsarət alıb. Əraziyə xeyli maddi zərər dəyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.