haberL haberR

Terrorçular Suriya vertolyotunu vurdu

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.09.2016 13:07:44

Pilot və onun köməkçisi öldürülüb.

İslamazeri.az-ın "Sputnik" agentliyinə istinadən verdiyi xəbərə əsasən, ötən gün terrorçular Suriya ordusuna məxsus vertolyotu vurub.

Daha əvvəl KİV-lərdə xəbər yayılmışdı ki, hökumətin nəzarətində olan Həma şəhərinin kənarından şimal-qərbdə vertolyot vurulub. Bəziləri bildirirlər ki, vertolyot Fransanın "Gazelle" şirkətinin, digərləri isə bildirirdilər ki, o rus istehsalıdır.

Bildirilir ki, Suriya vertolyotunun vurulması nəticəsində pilot və onun köməkçisi ölüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.