haberL haberR

Terrorçuların aviabazaya etdiyi hücumun qarşısı alındı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 14.05.2016 15:57:40

Suriya ordusu İŞİD terror təşkilatının Suriyanın şimal-şərqində yerləşən Deyr-əz-Zordaki hərbi aerodromuna etdiyi hücumun qarşısını alıb.

Deyr-əz-Zor avia bazasının qarnizonu İŞİD terrorçularının hücumunu dəf edib.

Bu barədə İslamazeri.az Suriya mediasına istinadən məlumat verir. Döyüş nəticəsində təxminən 10 terrorçu məhv edilib. Suriya aviasiyası ər-Rəşidiyyə rayonundakı İŞİD bazasına zərbə endirib.

Xatırladaq ki, Deyr-əz-Zor İraqla sərhəddə yerləşən və İŞİD-in İraq və Suriyadakı ərazilərini birləşdirən əyalətdir. Oradan Fərat çayı axır, çayın sahilində terrorçuların nəzarət etdikləri əsas ərazilər yerləşir. Suriya hökümət qoşunlarının ölkənin qərbində terrorçulara qarşı uğurlu hücum əməliyyatları keçirdiyi bir zamanda, terrorçuları şəqrdəki mövqeləri hələ ki, güclüdür. Onların dayaq məntəqələri – Deyr-əz-Zor və Rakka Fərat çayının yuxarı axınında yerləşir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.