haberL haberR

Terrorçuluğa görə axtarışda olan şəxs Ukraynada tutuldu

Kateqoriya: Kriminal Yayımlama tarixi: 21.09.2015 10:07:03

İdmançı olduğu, bir neçə turnirdə qalib də gəldiyi bildirilir

Ukrayna sərhədçiləri terrora görə İnterpol xətti ilə axtarışda olan azərbaycanlını Kiyev aeroportunda saxlayıblar.

İslamazeri.az-ın apa-ya istinadən verdiyi xəbər görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"İnterpol xətti ilə axtarışda olanların tutulması məqsədilə "Borispol" aeroportunda həyata keçirilən tədbirlər zamanı sərhədçilər "Kiyev" nəzarət-buraxılış məntqəsində Azərbaycan vətəndaşını saxlayıblar. O, "terror" cinayətinə görə beynəlxalq axtarışda olub", - deyə məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, saxlanılan şəxs əlbəyaxa döyüş üzrə beynəlxalq turnirlərin bir neçə dəfə qalibi olub.

O, Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.