haberL haberR

Texnologiya nəhəngi maşın bazarına girməkdən imtina etdi

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 19.09.2015 10:45:09

Bir müddət əvvəl elektrikli avtomobil istehsalına başlayacaqlarını demişdilər

“Google” korporasiyasının özü özünü idarə edən avtomobillərə böyük marağının olmasına baxmayaraq, İT nəhənginin avtomobil istehsalı ilə məşğul olmağa həvəsi yoxdur. İslamazeri.az-ın İKT.lent.az-a istinadən verdiyi məlumata görə, bunu Frankfurtda keçirilən avtomobil sərgisi zamanı “Google” korporasiyasının Almaniya, Avstriya və İsveçrə üzrə icraçı direktoru Filipp Yustus deyib. O, şirkətin gələcək planları ilə bağlı spekulyasiyaya son qoymaq üçün bildirib ki, “Google” avtomobil istehsalçıları ilə əməkdaşlıqda maraqlıdır, lakin onlara rəqib olmaq niyyətində deyil.

Şirkət həqiqətən də hazırda böyük sayda avtomobil istehsal etmək imkanında deyil. Lakin bu, şirkətin avtomobil biznesində iştirakına mane ola bilməz. “Google” avtomobillərin satışı və onların sonrakı təminatı ilə məşğul olmaq imkanındadır. Bununla belə, artıq bir çox avtomobil istehsalçıları özlərinin avtonom idarəetmə texnologiyaları üzərində işləyirlər və tanış olmayan texnologiyalar naminə (hətta bu texnologiyalar “Google” tərəfindən yaradılsa da) bundan imtina etməyə razılıq verməyəcəklər. Bu məsələdə “Google” həqiqətən bu şirkətlər üçün potensial tərəfdaşdan çox rəqib olacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.