haberL haberR

Texnologiya sahəsində yenilik, ən kiçik proyektor

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 26.06.2015 16:20:16

"Minibeam Nano" kabelsiz ən kiçik proyektor

İslamazeri.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, LG şirkəti dünyanın ən kiçik proyektorunu istehsal edib.

Şirkətin bildirdiyinə görə, çəkisi 270 qram, uzunluğu 103 mm, eni isə 108 mm olan bu proyektor bir dəfəyə 2 saat fəaliyyət göstərə bilir.

Həmçinin, proyektor HDMİ, USB və aktiv "Wi-Fi" ilə elektron cihazlara bağlana bilir. LG şirkəti bu qurğunun 30 min saat işləmə imkanına sahib olduğunu da qeyd edib.

Növbəti ay bazara çıxarılacaq bu proyektorun qiyməti isə 350 dollar olacaq.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.