haberL haberR

Texnologiyanı izləyənlər üçün yeni xəbər

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 18.11.2014 12:33:03

“App Store” əlavələr mağazasında çıxan “Wildcard” mobil brauzeri internetdə informasiyadan istifadə üsulunu və ümumilikdə kontentlə əlaqəni dəyişməklə öz-özlüyündə interneti kartoçkalar kataloquna çevirir.
 
Əlavə səhifələri sadələşdirməklə yanaşı, hara istiqamətlənməyi də göstərir. “Wildcard”ın əsas səhifəsində populyar axtarış sorğuları və proqram alqoritminin istifadəçilər üçün maraqlı bildiyi müxtəlif kontentlərə linklər göstərilir.
 
Kontentlə internetdəki müxtəlif mənbələrin qarışığı olan yeni brauzerdə axtarış sürətli aparılır. Məsələn, xəbərləri oxumaq üçün müvafiq kartoçkanın üstünə vurmaq və tarixçə ilə tanış olmaq yetərlidir. Bu, xəbərləri “RSS” formatını quraşdırmadan və ya ayrıca əlavədən istifadə etmədən müxtəlif saytlardan sürətlə əldə etməyə imkan verir.
 
Axtarış sorğuları müxtəlif ola bilər, lakin onlar barədə məlumatlar fərdiləşmiş kartoçkalar üzrə yerləşdiriləcək. Burada istifadəçinin olduğu yer, onun maraq dairəsi və s. nəzərə alınacaq.
 
“Wildcard” daha çox alış-veriş etməyi sevənlər üçün faydalı olacaq. Siz bura, məsələn, mikrofon almaq istəmənizi daxil etməklə əlavə müxtəlif mikrofonlar barədə rəylər təqdim edəcək, eləcə də bircə toxunuşla alışı həyata keçirmək mümkün olacaq.
 
Əlavəni “App Store” əlavələr mağazasından pulsuz yükləmək olar,(anspress.com)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.