haberL haberR
Ölkədə manatın dollar, avro və bir çox valyutaya nisbətdə ucuzlaşması təyyarə biletlərinin qiymətində də artıma səbəb olub

İslamazeri.az-ın verdiyi xəbərə görə,  turizm şirkətlərindən virtualaz.org saytına bildirilib ki, təyyarə biletlərinin qiymətində orta hesabla 25-30 faiz artım var.

Məsələn, Bakı-İstanbul-Bakı aviareysinə biletin qiyməti manat ucuzlaşmazdan əvvəl 260 manat 98 qəpik idisə, indi həmin biletin qiyməti 342 manat 87 qəpik olub.

Bakı-Minsk-Bakı təyyarə reysinə bilet əvvəllər 298 manat idi. İndi isə həmin bilet 392 manat 17 qəpikdir.

Bakıdan Moskvaya və geriyə uçmaq istəyənlər bileti indi 468 manat 15 qəpiyə alacaqlar. Halbuki bir gün bundan qabaq 351 manat 25 qəpiyə alırdılar. 

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli ANS PRESS-ə açıqlamasında təyyarə biletlərinin qiymətinin artması barədə yayılan xəbərlərdən məlumatı olmadığını bildirdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.