Tezliklə Məşhəd-Bakı, Bakı-Məşhəd aviareysi açılacaq
Kateqoriya: Xəbərlər
Yayımlama tarixi: 14.06.2015 20:33:25
15507 dəfə oxunub.

İslamazeri.az-ın "Səhər" telekanalına istinadən verdiyi xəbərə görə, İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bazar günü Tehranda keçirilən İranın İraq, Azərbaycan Respublikası və Türkmənistanla praktiki ticarət konfransında deyib ki, tezliklə Məşhəd-Bakı, Bakı-Məşhəd reysi açılacaq: "Azərbaycan Respublikası vətəndaşları İrana səfər etməyə maraqlıdırlar və ildə bir milyon Azərbaycan vətəndaşı istirahət və turizm, müqəddəs məkanların ziyarəti və müalicə üçün İrana səfər edir".
İranın şimal-şərqində yerləşən Məşhəddən Bakıya uçuş reysinin açılması üzrə müzakirələrin davam etdiyini bəyan edən Pakayin deyib: "Hər həftə Tehran və Bakı arasında 8 uçuş həyata keçirilir və Məşhəd-Bakı uçuş reysinin açılması ilə şiələrin 8-ci imamı Həzrət İmam Rzanın (ə) pak ziyarətgahının zəvvarlarından əlavə, İran və Azərbaycan Respublikasının iş adamları da bu potensialdan istifadə edə biləcəklər".
İranın Azərbaycan Respublikasındakı səfiri iki ölkənin ticarət dövriyyəsinin ildə təxminən 500 milyon dollar olduğunu deyərək sözlərini belə davam edib: "Turizm və kiçik ticarətin əlavə olması ilə İran və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsinin dəyəri ildə 1 milyard dolları keçəcəkdir".
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.