Tibb Universitetində tələbələr yeni üsulla dövlət imtahanı verəcəklər
Kateqoriya: Elm-təhsil
Yayımlama tarixi: 03.05.2016 12:40:09

Azərbaycan Tibb Universiteti (ATU) növbəti innovativ təşəbbüsün tətbiqinə hazırlaşır. Belə ki, bu il ilk dəfə olaraq ATU-nun müalicə profilaktika fakültəsinin tələbələri dövlət imtahanını test üsulu ilə verəcəklər. İmtahanlara 6-cı kursda təhsil alan 500-ə yaxın tələbə qatılacaq. Tələbələr həmçinin, bacarıq imtahanından keçəcəklər. Məhz bu imtahan dünya standartlarına uyğun olan yeni OSKİ metodu ilə aparılacaq.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu sınağın necə keçiriləcəyini bilavasitə izləyib. O, imtahan üçün hazırlanmış mərkəzlə tanış olub, OSKİ-yə hazırlığın səviyyəsi ilə maraqlanıb. G.Gəraybəyli təlim iştirakçıları ilə görüşündə qeyd edib ki, bu imtahanlar tələbələrin praktiki biliklərinin artırılmasına kömək edəcək: “Biz daim vurğulayırıq ki, bəzən tələbələr nəzəri cəhətdən yüksək hazırlıqlı olsalar da, praktiki bilgiləri zəif olur. Bu məsələ Səhiyyə Nazirliyinin kollegiyalarında da qeyd edilir. Ona görə də Tibb Universitetinin rəhbərliyi, kafedra müdirləri tərəfindən daim bu istiqamətdə işlər aparılıb. Bu günkü seminar da görülən tədbirlərin nəticəsidir”.
Rektor bildirib ki, ATU-da belə bir innovativ metodun tətbiqi, ilk sınağın nəticələri, müəllim və tələblərin təəssüratları gələcəkdə bu imtahanın daha təkmil keçirilməsinə kömək olacaq.
ATU-nun tədris metodik və innovasiya şöbəsinin müdiri Akif Qurbanov bildirdi ki, OSKİ metodu klassik imtahanlardan köklü şəkildə fərqlənir: “Buna görə də biz imtahandan keçəcək tələbələrlə yanaşı, imtahan götürəcək müəllimlər üçün də təlimlərin keçirilməsi nəzərdə tutulub.
Bu gün təşkil olunan treyninqdə ATU rəhbərliyinin nümayəndəsi, dövlət imtahan komissiyasının nümayəndələri və müəllimlər iştirak etdilər. Təlimlər zamanı sınaq məqsədilə 3 fənn üzrə - daxili xəstəliklər, cərrahiyyə və mamalıq-ginekologiya üzrə imtahan aparıldı. Təlimdə ATU-nun 60-a yaxın müəllimi iştirak etdi.
Qeyd edək ki, bacarıq imtahanları ATU-nun Tədris Cərrahiyyə Klinikasının treyninq mərkəzində baş tutacaq. Artıq mərkəzdə OSKİ imtahanlarının keçirilməsi üçün xüsusi məntəqələr hazırlanıb, lazımi avadanlıqla təchiz edilib və digər təşkilati işlər görülüb.
Tibb təhsili sahəsinə aid olan OSKİ imtahanları dünyanın əksər ölkələrində tətbiq olunur. Azərbaycanda ilk dəfə olaraq ATU tələbələri bu üsulla dövlət imtahanı verəcəklər.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.