haberL haberR

Tikinti materialları sürətlə bahalaşır

Kateqoriya: İqtisadiyyat Yayımlama tarixi: 05.09.2016 15:43:11

Dollar qıtlığına görə ölkəyə material ixracı dayanıb

Ev tikən vətəndaşlara, tikinti şirkətlərinə, dizaynerlərə və interyer təmiri ilə məşğul olan şirkətlərə üçün bəd xəbər var. İnşaat materiallarının qiyməti artmaqda davam edir. Bahalaşma daha çox elektrik avadanlıqların və cihazların qiymətində müşahidə olunur. Son bir ayda qiymət 20 faiz artıb.
Bu barədə Bizimyol.info-ya inşaat materiallarının topdan satışı ilə məşğul olan şirkətdən məlumat verilib.

Məlumatda bildirilir ki, dolların bahalaşması və vaiyuta qıtlığı səbəbindən Türkiyədən Azərbaycana elektirik məhsullarının ölkəyə gətirilməsi prosesi dayanıb. Türkiyə məhsullarının yerini İran malları tutur. Çünki İran istehsalı olan məhsullar ucuzdur.

Yerli istehsal olduğu üçün gipsin, keramika yapşdırıcısının, sementin, əhəng və boya məhsullarının qiyməti hələ ki sabitdir. Amma bu məhsulların da qiymətinin bahalaşması qaçılmazdır. Çünki xammal xaricdən gətirilir.

Məlumatda o da bildirilib ki, dollar qıtlığı problemi ilə bağlı olaraq inşaat materiallarının topdan satışı mərkəzləri ya qiyməti qaldırıb, ya da satışı dayandırmaq məcburiyyətində qalıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.