haberL haberR

Tikinti Məhsulları Reqlamenti mövzusunda seminar keçirilib

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 24.02.2015 11:36:20

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Avropa İttifaqının TAİEX proqramı çərçivəsində “Tikinti Məhsulları Reqlamenti və CE Markalanması” mövzusunda 2 günlük seminar keçirilib

Komitənin mətbuat xidmətindən islamazeri.az-a verilən məlumata görə, seminarın əsas məqsədi Azərbaycan Respublikasının tikinti sahəsində qanunvericiliyini Tikinti Məhsulları Reqlamentinə (CPR) uyğunlaşdırmaqla texniki maneələri aradan qaldırmaqdır.

Seminarda Böyük Britaniyanın Avropa İttifaqının Tikinti qanunvericiliyi üzrə eksperti Adam Pinney, Bolqarıstanın Regional İnkişaf və İctimai İşlər Nazirliyinin nümayəndələri Kristina Tsalova və Tatyana Çervenkova, Latviyanın Davamlı Tikinti Şurasının nümayəndəsi Pēteris Druķis, Portuqaliyanın ASAE ¾ Ərzaq və İqtisadi Təhlükəsizlik Orqanının nümayəndəsi Marina da Conceição Pedreiro Diasın “Seminarın məqsədi və əhatə dairəsi”, “Tikinti materialları üçün CE markalanması və onun milli tikinti qanunvericiliklə əlaqələndirilməsi”, “Tikinti məhsulları üzrə Reqlamentə əsasən CE markalanması”, “Standartlara uyğun olaraq məcburi CE markalanması”, “Avropa Texniki Qiymətləndirmə Rəhbərdici sənədinə əsasən könüllü CE markalanması” və digər mövzularda mühazirələr dinlənilib.

Seminarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları ilə yanaşı sertifikatlaşdırma ilə məşğul olan və tikinti sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri də iştirak edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.