haberL haberR

Tikintidə baş verən ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Kateqoriya: Kriminal Yayımlama tarixi: 08.04.2015 13:11:11

Bakıda tikintidə baş verən ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Bakı şəhər prokurorluğundan verilən məlumata görə, aprelin 7-də “Şərur” Mənzil-Tikinti Kooperativi tərəfindən Binəqədi rayon ərazisində inşa edilən tikintinin 3-cü mərtəbəsindən orada fəhlə işləyən, 1994-cü il təvəllüdlü Nahid Əliyevin yıxılaraq, aldığı xəsarətlərdən ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.