haberL haberR

Toni Bleyer İŞİD-in yaranması ilə bağlı etiraf etdi

Kateqoriya: Siyasət Yayımlama tarixi: 07.07.2016 11:08:28

İngiltərənin eks baş naziri İŞİD-in yaranmasıyla bağlı maraqlı açıqlamaları ilə yadda qalıb

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, İraqa hücum zamanı, Britaniya orudusunun ABŞ qüvvələrinə yardımına görə üzr istəyən Toni Bleyer deyib: “İŞİD-in yaranmasının bəzi məsuliyyətləri  bizə də aiddir. Sübutlara əsasən, İŞİD-in yaranması ilə İraqda 2003-cü ildə baş verən müharibənin ciddi əlaqəsi var. Mən keçmişdə addığımız yalnışlıqlara görə üzr istəyirəm və bu barədə əldə etdiyimiz məlumatların yalnış olduğunu etiraf edirəm. Mən, İraq rejiminin devrilməsindən sonra yürüdülən siyasətə görə də üzr istəyirəm. Bölgənin bu günkü vəziyyətinin əsas səbəbkarı ABŞ və müttəfiqləridir.”

Bleyerlə müsahibə aparan “CNN” müxbiri Fərid Zəkəriyya onu, İraq hadisələrində Corc Buşun əmrinə tabe olmaqda ittiham edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.