haberL haberR

"Total" İrandan sutkada 200 min barel neft alacaq

Kateqoriya: İqtisadiyyat Yayımlama tarixi: 04.02.2016 10:59:21

İranın Milli Neft Şirkəti (NIOC) Fransanın "Total" şirkəti ilə neft tədarükünə dair müqavilə imzalayıb.

Bu barədə İranın "Mehr" agentliyi yazır. Müqaviləyə əsasən, "Total" İrandan sutkada 150-200 min barel neft alacaq.

 

Beləliklə, "Total" İran üzərindən sanksiyaların götürülməsindən sonra bu ölkənin ilk avropalı müştərisi olub.

 

Qeyd edək ki, İran hazırda neft tədarükünə dair İspaniya, İtaliya, Almaniya, Fransa, Çexiya, Yunanıstan və Böyük Britaniya ilə danışıqlar aparır.|APA

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.