Tovuz rayon sakinləri su deyib fəryad edir - VİDEO

Su var. Sadəcə düzgün ünvana verilmir. İslamazeri.az Region TV-yə istinadən xəbər verir ki, indi Tovuzda kimi dindirsən, bax beləcə, su deyib fəryad edir. Bu rayonda təbiətin ən ali varlıqları olan insanların bir nömrəli problemi içməli sudur desək yanılmarıq. Sakinlər ehtiyaclarını ödəmək üçün ya pulundan keçəmli, ya da səbirsizliklə yağışın yağmasını gözləməlidirlər. Dəfələrlə Tovuz rayon Su-Kanal İdarəsinə müraciət edilsə də xeyri olmayıb. Necə deyərlər dəyirman bildiyini edir, çax-çax baş ağrıdır.
Tovuz rayon Su-Kanal İdarəsində isə gələn jurnalistlərə və şikayətçilərə yalnız bir cavab verilir. Məsələdən agahıq və problem tez bir zamanda aradan qaldırılacaq. Maraqlısı odur ki, bu sözü eşitməyə vərdiş edən sakinlər artıq əməli işin bəhrəsini görmək istəyirlər. Bunun üçün isə vədləri yerinə yetirmək lazımdır.
Yolumuzu rayonda fəaliyyət göstərən Tovuz şəhər su anbarından da saldıq. Dedik bəlkə həqiqətən su buxarlanıb yoxa çıxıb. Amma eşitdiklərimiz və gördüklərimiz bizi düşünməyə vadar etdi. Tovuz şəhər su anbarlarında hər abonent üçün bir günlük 180 litr su nəzərdə tutulub. Və gündəlik olaraq Tovuz Su-Kanal İdarəsinə 5 və ya 7 min 500 kub metr su ötürülür. Burada sual yaranır bəs bu qədər su hara və niyə gedir?
Sakinlər iddia edirlər ki, onlar üçün nəzərdə tutulan su limiti əkin sahələrinə verilir. Özü də yaxşı qiymətə. Nə deyirik ki, bazar olsun.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.