haberL haberR

Tovuz rayonunda yerləşən süni göldə bir nəfər batıb

Kateqoriya: Kriminal Yayımlama tarixi: 05.08.2015 18:14:48

Xəzər və Sabunçu rayonlarında dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas edilib

Fövqəladə Hallar Nazirliyinin  verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Tovuz rayonunda süni göldə (sularda xilasetmə məntəqəsindən, təxminən, 170 km aralı, nəzarət olunmayan ərazidə) 1981-ci il təvəllüdlü Hüseynov Kamran İmran oğlu batıb. Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. K.Huseynovun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, Xəzər və Sabunçu rayonlarında dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas edilib.(apa)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.