haberL haberR

Tovuzda yolu keçən piyadanı maşın vurub

Kateqoriya: Kriminal Yayımlama tarixi: 24.08.2015 16:51:39

Qadın kəllə-beyin travması, təpə nahiyəsinin əzilmiş yarası ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
 
Bakı-Qazax magistral yolunda piyadanı maşın vurub.Hadisə magistral yolun Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Aşağı Öysüzlü kənd sakini, 1956-cı il təvəllüdlü Şəfiqə Hüseynova yolu keçmək istəyərkən “Ford Tranzit” markalı avtomobillə vurulub. Qadın kəllə-beyin travması, təpə nahiyəsinin əzilmiş yarası ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (apa)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.