haberL haberR

TQDK abituriyentlərə xəbərdarlıq etdi

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 25.06.2015 17:57:17

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə xəbərdarlıq edib

TQDK-dan islamazeri.az-a verilən məlumata görə abituriyentlər bu gündən etibarən imtahana buraxılış vərəqələrini çap edə bilərlər. 

Komissiyadan onu da bildiriblər ki, 2 iyul tarixində keçiriləcək imtahanlarda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi" ni çap edə bilərlər.

Buraxılış imtahanı üçün "İmtahana buraxılış vərəqəsi"ni çap etmək üçün 

https://eservices.tqdk.gov.az/brxvbi/?frm=egov linkinə daxil olmaq lazımdır.

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta (9-illik) və tam orta (11-illik) təhsil bazasından və ali təhsil müəssisələrinin 5-ci qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər isə "İmtahana buraxılış vərəqəsi"ni https://eservices.tqdk.gov.az/brxvtex/?frm=egov linkinə daxil olmaqla çap etməlidirlər.

Nəzərinizə çatdıraq ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və "İmtahana buraxılış vərəqəsi" ni mütləq özünüzlə gətirməlisiniz.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.