haberL haberR
Rus bölməsinin abituriyentləri “Azərbaycan dili”ndən imtahan verəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il iyulun 7-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək.
 
İslamazeri.az  TQDK-ya istinadən bildirir ki, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00-da başlanacaq.
 
Cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan 2015-ci il aprelin 26-da keçirilib. Həmin imtahanda 7873 abituriyent iştirak edib, onlardan 6631 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti alıb.
 
Qeyd edək ki, imtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 142 nəzarətçi müəllim ayrılıb.
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.