haberL haberR
TQDK tərəfindən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul olmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün aparılan ərizə qəbulunun başa çatmasına bir gün qalır

Qurumun mətbuat xidmətindən islamazeri.az-a verilən məlumata görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb. 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər (ünvan: Yasamal Rayonu, Mikayıl Müşviq küçəsi 1 m). 

Daha ətraflı məlumat http://tqdk.gov.az/news/bachelor/1292/ linkində təqdim olunub.
Qeydiyyat 14 may saat 17:00-da başa çatacaq. 

Məlumat üçün bildirək ki, 13 may saat 16:00-a olan məlumata görə müsabiqədə iştirak etmək üçün ayrılmış 3 plan yerinə 4 nəfər müraciət edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.