haberL haberR

TRT Xocalı soyqırımı ilə bağlı anım həftəsinə start verib

Kateqoriya: Region Yayımlama tarixi: 20.02.2015 13:18:29

TRT ənənəsinə sadiq qalaraq Xocalı soyqırımı ilə bağlı anım həftəsinə start verib

İslamazeri.az-ın məlumatına görə, TRT Baki Təmsilciliyi  bir həftə boyunca  Bakıdan Xocalı Soyqırımının 23 ildönümü iləəlaqədar canlı yayımlar, programlar ve özəl qonaqlarla TRT 1, TRT Haber, TRT Türk, TRT Avaz kanalları vasitəsi ilə yayimlara başlayacaq

Xocalı soyqırımının 23 -ci ildönümünü TRT Bakı  Təmsilciliyi və TRT Avaz telekanalı  3 saatlıq canlı yayımlarla Dünyaya duyuracaq. TRT AVAZ-ın 6 nəfərlik cəkiliş qrupu 22- 28 Fevral tarixlərində Bakıda olacaq. Azərbaycanın ağrı acısını canli yayim və proqramlarla işıqlandıracaqlar.

TRT Bakı Təmsilcisi Yıldıray Arslan’ın verdiyi məlumata görə TRT AVAZ Kanal Koordinator müavini Taner Gürbüz və 50 Dəqiqə Programının aparıcısı Gökçen Oğanın rəhbərlik etdiyi çəkiliş qrupu 7 gün boyunca Bakıda silsilə canlı yayımlar həyata keçirəcəklər. 26 Fevral tarixində isə  AZ TV studiyasından, Xocalı abidəsi və  TRT AVAZ Ankara  studiyaları olmaqla   3 nöqtədən 3 saatlıq canlı yayım həyata keçirəcək.Türkiyə saatı ilə 12:00 Bakı saatı ile  14.00- de  başlanacaq canlı proqramda Türkiyə, Azərbaycan eləcə də digər yerlərdən siyasətçilər, soyqırımın şahidləri, diaspor təşkilatlarının rəhbərləri canlı yayıma qoşularaq fikirlərini bildirəcəklər. Canlı yayım AZ TV ve İTV texniki dəstəyi ilə həyata keçiriləcək.

Proqramda Xocalıda ermənilərin törətdiyi qətiamların kadrları nümayiş olunacaq, şahidlərin müsahibələrinə yer veriləcək. Özəl klip və qısa metrajlı filmlər və proqramlarla  Xocalı yad ediləcək. Proqramları  TRT Avazın tanınmış aparıcısı Gökçen Oğan təqdim edəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.