"Tubzon"a göndərilən islamçı məhbuslardan xəbər var
Kateqoriya: Ölkə
Yayımlama tarixi: 06.01.2015 18:25:56
2365 dəfə oxunub.

"Burada olan islamçı məhbusları da məndən başqa heç kim görə bilməz. Əks təqdirdə istintaqın gedişinə maneələr yarada bilərsiniz. İstintaq aparılır".
İslamazeri.az xəbər verir ki, bunu Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi İmran Tağızadə islamçı məhbusların yaxınlarına məhbusların "tubzon"a göndərilməsi məsələsinə aydınlıq gətirərkən deyib.
O bildirib ki, məhbusların sağlamlığı tam qaydasındadır, onların sağlamlığında heç bir təhlükə yoxdur. Adətən, xəstə məhbuslar üçün nəzərdə tutulan "tubzon"a islamçı məhbsuların gətirilməsi onların 14 saylı cəzaçəkmə müsəssisəsində qaydaları pozaraq qanunsuzluq etdikləri üçündür. Onlar "tubzon"da "kars"dadırlar. 14 saylı həbsxanada istifadəsiz cəzaçəkmə kamerası olmadığından onlar tubzonun nəzdində olan "kars"a gətiriblər.
İslamçı məhbus Araz Quliyevin qardaşı Azər Quliyev idarə rəisi ilə görüşdən narazı qaldığını bildirib: "Əməliyyat-rejim idarəsinin rəisi İmran Tağızadə ilə görüşdük. O, bizə söz verdi ki, narahat olmayın, hər şey qaydasında olacaq. Heç bir narahatlığa da dəyməz. 14 saylı cəzaçəkmə müəssisəsindəki ölüm faktı ilə bağlı cinayət işi açılıb. Bu məhbuslar da orada iğtişaş törədiblər, aksiya keçiriblər və nizamnamənin tələblərini kobudcasına pozublar. Qardaşım Araz da həbsxanada camaat namazı qılanların imam-camaatı olub. Həbsxana rəsmiləri də bu məsələdə Arazın daha çox məsuliyyət daşıdığını bildirdilər. Deyirlər ki, Araz gərək məsuliyyətli olardı, onun arxasında durub namaz qılan və yaxud qılanlar iğtişaş etməzdilər".
İdarə rəisi onu da qeyd edib ki, dekabrın sonu üçün baş tutan əfv fərmanında bu islamçı məhbusların da adları ola bilərdi. Amma onlar həbsxana daxilində iğtişaş törətdikləri üçün onların əfvə düşməsi qanundan düşüb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.