haberL haberR

"Tubzon"dakı islamçı məhbuslar həbsxanaya qaytarıldı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 10.02.2015 16:43:44

Araz Quliyev və Anar Qasımlı 14 saylı CÇM-ə qaytarıldı
İslamazeri.az-ın "cenubnews.com"-a istinadən verdiyi məlumata görə, bu gün baş redaktor Araz Quliyev, hicab məhbusu Anar Qasımlı və bir neçə məhbus 14 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Qeyd edək ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində 31 yaşlı məhkum Elşad Babayev həbsxanada işgəncə ilə öldürülüb. Bundan sonra həbsxanada olan bütün məhkumlar baş verən haqsızlığa qarşı etiraz ediblər. Etirazlarda iştirak etməyən məhbuslar dekabr ayının 26-sı, səhər saat 05 radələrində xüsusi təyinatlılar tərəfindən döyülərək işgəncə verilmək üçün "Tubzon"a aparılmışdı.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.