Tunis hökuməti: minə yaxın tunisli Liviyada İŞİD-ə qoşulub

İslamazeri.az-ın AFP-ə istinadən verdiyi xəbərə əsasən, Tunis müdafiə naziri Fərhad Xorşani bildirib ki, təxminən min nəfər tunisli Liviyada İŞİD terror qruplaşmasının sırasına qoşulub və ölkə üçün təhdiddir.
Xorşani qeyd edib ki, daha əvvəl İŞİD terror təşkilatına qoşulmuş Tunis vətəndaşları haqda çəkilən rəqəm 2-3 min kimi şişirdilmişdi. "Daha doğrusu bu rəqəm təxminən 1 min nəfər təşkil edir.", - deyə nazir aydınlıq gətirib.
Xorşani qeyd edib ki, İŞİD cərgələrinə qoşulmuş şəxslərin arasında ikili vətəndaşlığı olanlar (Fransa və Tunis) var.
Ötən il Tunisdə baş vermiş terror aktlarından sonra ölkədə təhlükəsizlik sahəsində vəziyyət mürəkkəbləşib. Noyabr ayında terrorçu-kamikadze Tunisin paytaxtının mərkəzində ölkə prezidentinin mühafizə xidmətinin əməkdaşlarını daşıyan avtobusu partladıb. 13 nəfər həyatını itirmiş, 20 nəfər isə yaralanmışdı. Daha əvvəl, 2015-ci ildə terror aktları turistlər arasında məşhur olan yerləri - "Bardo" muzeyini və Sus şəhəri yaxınlığında yerləşən əl-Kantavi kurortunu silkələməşdi. Terror hücumlarının məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.