haberL haberR

Tunisdə hərbçilər "Əl-Qaidə" terrorçularını məhv ediblər

Kateqoriya: Dünya Yayımlama tarixi: 31.08.2016 18:06:09

Həbçilər yerli sakinlərdən bir neçə terrorçunun ərazidə gizləndiyi xəbərini aldıqdan sonra Karma şəhərində əməliyyata başlayıblar.

İslamazeri.az-ın "Mosaique FM" radiosatansiyasına istinadən verdiyi xəbərə əsasən, Tunis güc strukturları əməkdaşları ölkənin qərbində yerləşən Kəssarin əyalətində Məğrib ölkələrindəki "Əl-Qaidə" terror təşkillatı ilə əlaqəsi olan iki terrorçunu məhv ediblər.

Həbçilər yerli sakinlərdən bir neçə terrorçunun ərazidə gizləndiyi xəbərini aldıqdan sonra Karma şəhərində əməliyyata başlayıblar.

Radiostansiyanın məlumatına əsasən, hərbçilər ilə terrorçular arasındakı atışma zamanı bir dinc sakin - 16 yaşlı gənc həyatını itirib. Daha iki qadın və bir uşaq yaralanıblar. Onlar xəstəxanaya çatdırılıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.