haberL haberR

Türk ilahiyyatçı çevrilişə cəhddən bir gün öncə Ərdoğanı xəbərdar edib Video

Kateqoriya: Dünya Yayımlama tarixi: 21.07.2016 19:05:22

Türkiyənin tanınmış ilahiyyatçısı, "Furqan" cəmiyyətinin sədri Alparslan Kuytulun 14 iyulda yayımlandığı videoda maraqlı detallar üzə çıxıb

İslamazeri.az xəbər verirki, Türkiyənin tanınmış ilahiyyatçısı, "Furqan" cəmiyyətinin sədri Alparslan Kuytulun 14 iyulda yayımlandığı videoda "Ərdoğanın qələmi qırılmışdır, yaxında işi bitəcəkdir.", dediyi məlum olub.

Kuytul açıqlamasında deyib: "Mən burdan xəbərdarlıq edirəm, işləri çoxdur deyə diqqət etmirlər ola bilər. Mən burdan Tayyib Ərdoğan və AKP-yə xəbərdarlıq edirəm. Bütün nə qədər şərəfi varsa əlindən alırlar."

Alparslan Kuytul İsraillə "one minute" məsələsində Ərdoğan üçün qazandırılan şərəflərin əlindən alındığını bildirib.

"Hicab məsələsini belə, təkrar geri apara bilərlər (qadağa qüvvəyə girə bilər). Bunun mənası budur; Tayyib Ərdoğanın qələmi qırılmışdır. Yaxında işi bitəcəkdir. İşi bitirildiyi zaman ona kimsənin yazığı gəlməməsi üçün ona verilən bütün şərəflərin alınması lazımdır. İşləri bitiriləcək və sevənləri qalmayacaq. Bu dövrə girdik, mənə qulaq asarlarla onların xeyrinədir, qulaq asmazlarsa özləri bilər.", -deyə Alparslan Kuytul qeyd edib.

Açıqlamanın videosu:

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.