haberL haberR

Türkiyədə insan alverçilərinə qarşı əməliyyat: 4 azərbaycanlı həbs edildi (Video)

Kateqoriya: Kriminal Yayımlama tarixi: 01.11.2014 14:43:55

Türkiyədə keçirilən xüsusi əməliyyat zamanı qeyri-qanuni miqrasiyanın təşkilində şübhəli bilinən 4 azərbaycanlı saxlanılıb

İslamazeri.az-ın  APA TV-ya istinadən verdiyi xəbərə görə, azərbaycanlılar Muğla vilayətində həbs olunublar. Sahil Mühafizə Xidməti katerləri Muğla sahillərində ABŞ və Almaniya bayraqları altında üzən “Gipsy Girl” və “Dorotea” kiçik motorlu gəmilərinə baxış keçiriblər. Baxış zamanı hər iki gəminin anbarında əksəriyyəti Asiya ölkələrindən olan 130 qanunsuz miqrant aşkarlanıb. Miqrantları pul müqabilində qeyri-leqal yollarla Avropaya göndərən şəxslərin Azərbaycan vətəndaşları olduğu müəyyənləşib. Saxlanan azərbaycanlıların adları açıqlanmır.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.