haberL haberR

Türkiyədə qəza baş verən mədəndən daha 6 işçinin meyidi çıxarıldı

Kateqoriya: Dünya Yayımlama tarixi: 18.11.2014 11:51:23

Ermenek mədənindən çıxarılan meyidlərin sayı 8-ə çatıb.

Türkiyənin Karaman vilayətində baş verən mədən qəzası nəticəsində yer altında qalan işçilərin axtarışları 22-ci gündür ki, davam edir. 

Ermenek mədənində bu gün xilasdecilər daha 6 mədənçinin meyidini aşkar ediblər. Oktyabrın 28-də kömür mədəninə su dolması nətidəsində baş verən qəza nəticəsində 40-a yaxın işçi mədəndə qalmışdı. Onlardan 20 nəfəri öz gücünə xilas ola bilsə də, 18 işçi itkin düşmüş hesab edilirdi. 

Uzun müddət davam edən axtarışlar nəticəisncə 8 işçinin meyidini aşkar etmək mümkün olub. Qalan 10 mədənçi barədə hələlik məlumat əldə etmək mümkün olmayıb. İşçilərin yerin 300 metr dərinliyində qaldığı ehtimal edilir.(anspress)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.