haberL haberR

Türkiyədən erməni şagirdlərə Qarabağ qadağası

Kateqoriya: Region Yayımlama tarixi: 20.11.2014 02:28:43

Türkiyə Təhsil Nazirliyi əyalətlərdəki təhsil idarələrinə erməni liseylərinin şagirdləri ilə bağlı göstəriş verib.

Nazirlik Ermənistana gedən Türkiyədə olan erməni liseylərinin şagirdlərinin Dağlıq Qarabağa getməməsi barədə xəbərdarlıq edib.

Göstərişdə bildirilir ki, Ermənistanda keçirilən Ümum erməni oyunlarında iştirak etmək üçün Türkiyədən gedən qrupa Dağlıq Qarabağda keçirilə biləcək istənilən mərasimə qatılmağı qadağan edilir.

Qeyd edək ki, İstanbuldan Ermənistana erməni liseylərinin şagirdlərindən ibarət 3 komanda gedəcək. (anspress)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.