haberL haberR

Türkiyənin Milli Müdafiə Nazirliyinin nümayəndələri ANAMA-da olublar

Kateqoriya: Siyasət Yayımlama tarixi: 03.04.2015 10:23:45

Türkiyə Milli Müdafiə Nazirliyinin general-mayor Erhan Sipahioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) olublar

ANAMA-nın mətbuat xidmətindən islamazeri.az-a bildiriblər ki, qonaqlar agentliyin təcrübəsindən faydalanıb, mina təmizləmə və keyfiyyət yoxlaması standartlarının əməliyyatlar zamanı ərazidə icra olunmasına dair fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti ANAMA-nın Horadiz və Göygöl beynəlxalq təlim mərkəzləri ilə tanış olublar.

 
 
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.