Türkiyə ABŞ-ı kürdlərə təzyiq göstərməyə çağırır

İslamazeri.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə əsasən, Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş agentliyə verdiyi müsahibədə bildirib ki, Türkiyə hökuməti ABŞ-ı Suriya kürdlərini Fərat çayının şərqinə doğru çəkilmələri üçün onlara təzyiq göstərməyə səsləyib.
"Fəratdan şərqə doğru irəliləmək üçün biz ABŞ-ın PYD-yə olan təzyiqini görmək istərdik. Əgər biz əməliyyatı ABŞ qüvvələri ilə birlikdə keçirsəydik, bu çox nəticəli olardı.", - deyə o bildirib.
ABŞ Müdafiə Nazirliyindəki mənbədən bildirblər ki, kürd özünümüdafiə dəstələrinin bütün qüvvələri Fərat çayından şərqə doğru geri çəkiliblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə ABŞ rəsmilərinin Suriya kürdlərinin özünümüdafiə dəstələrinin Ankaranın tələbinə tabe olaraq Fəratdan şərqə doğru çəkildiklərinə dair bəyanatına güvənmir.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.