haberL haberR

Türkiyə ABŞ-ın Suriya kürdlərinə dair bəyanatına inanmır

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.09.2016 11:27:37

Suriya kürdlərinə Türkiyənin sərhədində dəhliz yaratmağa imkan verilməyəcək.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə ABŞ rəsmilərinin Suriya kürdlərinin özünümüdafiə qüvvələrinin Ankaranın tələbinə tabe olaraq Fərat çayının şərqinə doğru geri çəkildiyinə dair bəyanatına inanmır.

Daha əvvəl ABŞ Müdafiə Nazirliyindəki mənbədən bildirblər ki, Suriyanın şimalındakı bütün kürd özünümüdafiə dəstələri Fərat çayından şərqə doğru çəkiliblər.

"Yox, onlar (red. - kürdlərin özünümüdafiə qüvvələri) geri dönməyiblər. Biz  öz məlumatlarımıza əsaslanırıq. Biz ABŞ-ın terrorçuların Fəratın şərqinə keçməsinə dair bəyanatına inanmayacağıq.", - deyə Ərdoğan Çinin Xançjou şəhərində keçiriləcək G20 sammitinə getməzdən əvvəl Ankara hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

O əlavə edib ki, rəsmi Ankara Suriya kürdlərinin özünümüdafiə qüvvələrinə Türkiyənin cənub sərhədində "dəhliz" yaratmağa imkan verməyəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.