haberL haberR

Türkiyə Diyanəti erməni dilində Quran nəşr etdi (Foto)

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 12.05.2015 2:55:09

Türkiyə Diyanət Başqanlığı erməni dilində Quran nəşr etdi

İslamazeri.az-ın verdiyi xəbərə görə, Türkiyə Diyanət Başqanlığı (Dini İşlər İdarəsi)  4 min tirajlıq Qurani-Kərimin erməni dilinə tərcümə edilmiş variantını nəşr edib.

Bu haqda Türkiyə Diyanət Başqanlığının rəsmi saytında məlumat yerləşdirilib.

Türkiyə Diyanət Başqanlığının Dini yayınlar şöbəsinin direktoru Yüksəl Salman bu haqda deyib: "İlk öncə ispan, kürd və erməni dilində Qurani-Kərimin tərcüməsini qərb və şərq ləhcəsilə nəşr edilmişdir".

Yüksəl Salman Quranın qondarma soyqırımla eyni vaxtda nəşr edilməsini təsadüfi adlandıraraq: "Bu nəşr üzərində 4 ildən artıqdırki, iş gedir. İki il yarıma tərcüməsi tamamlanıb. Sonrakı illərdə kontrolları həyata keçirilib. Bu nəşr bu vaxtda işıq üzü görməsi tamamilə təsadüfdür". 

Daha sonra Diyanət rəsmisi deyib: "Biz təkcə erməni dilində deyil, Diyanət Başqanlığı olaraq bütün dünya dillərində İslamın mesajını insanlara çatdırmağı özümüzə vəzifə bilirik. Dil bir vasitə, hədəf İslamın gözəlliklərini Quranın mesajını toplumla, dünya ilə tanış etməkdir. Qlobal bir təşkilat olaraq  Diyanət Başqanlığı öz vəzifəsini yerinə yetirib".

Türkiyə Diyanəti erməni dilində Quran nəşr etdi (Foto)

/haberimaj/habergaleri/2P9B1K2M0X8B.JPG
  1. Türkiyə Diyanəti erməni dilində Quran nəşr etdi (Foto)

  2. Türkiyə Diyanəti erməni dilində Quran nəşr etdi (Foto)

  3. Türkiyə Diyanəti erməni dilində Quran nəşr etdi (Foto)

  4. Türkiyə Diyanəti erməni dilində Quran nəşr etdi (Foto)

  5. Türkiyə Diyanəti erməni dilində Quran nəşr etdi (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.