haberL haberR

Türkiyə: Kürdlərin çoxu Fəratın qərb sahilini tərk edib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 31.08.2016 12:46:58

Suriya kürdlərinin özünümüdafiə dəstələrinin çoxu Fərat çayının qərb sahilini tərk ediblər, lakin onların tam çıxışı (geri çəkilişi) həyata keçirilməyib.

İslamazeri.az-ın NTV telekanalına istinadən verdiyi xəbərə əsasən, Türkiyə Respublikasının Avropa İttifaqı ilə işlər üzrə naziri Ömər Çelik bu gün bildirib ki, Suriya kürdlərinin özünümüdafiə dəstələrinin çoxu Fərat çayının qərb sahilini tərk ediblər, lakin onların tam çıxışı (geri çəkilişi) həyata keçirilməyib.

"Bu gün edilmiş bəyanatların çoxunda deyilir ki, kürd özünümüdafiə dəstələrinin böyük hissəsi Fəratdan şərqə gediblər. Lakin onların bir hissəsi qərb sahilində qalıb ki, bu da qəbuledilməzdir.", - deyə Çelik NTV telekanalının efirində bildirib.

Xatırladaq ki, Türkiyə ordusu ötən həftədən bəri Suriyanın şimalında İŞİD əleyhinə hərbi əməliyyat keçirir.

Bazar ertəsi günü Türkiyə XİN-i kürdlərə ultimatum verərək Fəratdan şərqə keçmələrini tələb edib. ABŞ hakimiyyəti Anakaranın Suriya ərazisindəki kürdlərə zərbələr endirməsini pisləyib və Ankaranı diqqəti İŞİD-lə mübarizədə cəmləşdirməyə səsləyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.